AÇG və Şahdəniz yataqlarından builki gəlir açıqlanıb
AÇG yatağından bu ilin ilk 6 ayında 2 206 mln. dollar gəlir əldə edilib.
Azərbaycan Dövlət Neft Fondundan 1news.az-a verilən məlumata görə, Şahdəniz yatağından bu il yanvarın 1-dən iyulun 1-ə qədər 197 mln. dollar gəlir əldə edilib.
O cümlədən, bu ilin ilk 5 ayında Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 131 mln. dollar olub.
Məlumatda Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər əvvəlki aylardan fərqli olaraq Şahdəniz yatağından daxilolmaların tərkibinə daxil edilib.
Qafar Ağayev
1435