XİN: Radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılanlar var

“Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb”.
1news.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L.Abdullayeva deyib ki, həmin şəxsin məhkəməsi olacaq: “Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.
Qafar Ağayev
768