XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub

13:58 - 23 / 07 / 2020
XİN: Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub

Bizdə tam dəqiq məlumatlar var idi ki, Azərbaycan ordusuna qarşı Serbiyada istehsal olunan silahlardan istifadə olunub.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı danışarkən söyləyib. Onun sözlərinə görə, səfirliklər vasitəsilə təmaslar davam etdirilir. Hazırda Serbiya tərəfində bu məsələnin araşdırılması məsələsi başlanılıb. Bununla bağlı Azərbaycana rəsmi izahat veriləcək:

"Biz bu addımların atılmasına gətirib çıxaran məsələləri bilmək istəyirik. Bu məsələnin gündəlikdə olan həssas məsələ olduğunu qeyd etmək istəyirik. Ermənistan-Azərbaycan istiqamətində aparılan tədqiqatlar göstərdi ki, mülki vətəndaşlara, Azərbaycan ordusuna atılan silahlar Serbiya istehsalıdır. Əlbəttə ki, silah istehsal edən ölkə bu silahın istifadəsinə və hansı ölkəyə satılması məsələlərinə görə məsuliyyət daşıyır".

Qafar Ağayev

Paylaş:
765

Son xəbərlər

Bütün xəbərlər