Faiq Quliyev: Aksiyalarda ermənilər soydaşlarımıza qarşı fiziki güc tətbiq ediblər

“Xaricdə yaşayan azərbaycanlılar Ermənistanın təxribatlarına qarşı keçirilən dinc aksiyalarda ordumuza, dövlətimizə dəstək nümayiş etdiriblər”.
1news.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Faiq Quliyev deyib. O bildirib ki, aksiyalarda ermənilər soydaşlarımıza qarşı fiziki güc tətbiq ediblər.
“Belə tədbirlərə soydaşlarımız öz ailələri ilə qatılırlar. Azərbaycan dövləti bu insanların yanındadır”, - deyə Diaspor Komitəsinin rəsmisi əlavə edib.
Qafar Ağayev
675