Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

15:23 - 29 / 07 / 2020
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, iyulun 29-da qızılın qiyməti iyulun 28-i ilə müqayisədə 12,104 manat (0,37 faiz) artaraq 1 unsiya üçün 3 319,182 manat təşkil edib.

Gümüş 0,8748 manat (2,1 faiz) ucuzlaşaraq 1 unsiya üçün 41,2131 manata bərabər olub.

Platinin qiyməti 1,2155 manat (0,08 faiz) artaraq 1 592,05 manat, palladiumun qiyməti 2,3375 manat (0,1 faiz) azalaraq 3 862,332 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 303,2885 manat (10,1 faiz) bahalaşıb, gümüş 10,7694 manat (35,4 faiz) bahalaşıb, platin 207,587 manat (15 faiz) bahalaşıb, palladium 641,1125 manat (19,9 faiz) bahalaşıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

1news.az

Paylaş:
1378

Son xəbərlər

Bütün xəbərlər