Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni məktəb tikiləcək - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni məktəb tikiləcək - SƏRƏNCAM

15:11 - 30 / 07 / 2020
Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni məktəb tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

1news.az

Paylaş:
1390

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər