Azərbaycanda qurbanlıq ət neçəyə və harada satılır? - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qurbanlıq ət neçəyə və harada satılır? - SİYAHI

17:45 - 30 / 07 / 2020
Azərbaycanda qurbanlıq ət neçəyə və harada satılır? - SİYAHI

Bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər əvvəlki illərdən fərqli olaraq həyata keçirilir.

Vətəndaşlar qurbanlıq heyvan cəmdəyini (heyvan ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etməli olacaq.

1news.az xəbər verir ki, Trend müxtəlif market şəbəkələrində satışa çıxarılan qurbanlıq quzuların qiymətləri ilə maraqlanıb. Həmin qurbanlıq quzuların satış şərtlərini sizlərə təqdim edirik:

"Bravo" Supermarketlər şəbəkəsi: Qurbanlıq ətin 1 kilosu 10.99 AZN-ə təklif edilir. Qiymətə yalnız heyvanın əti daxildir. Ət bütöv, 2 və ya 4 yerə bölünərək təqdim olunur. Heyvan Bərdə rayonundan gətirilir, vətəndaş marketə yaxınlaşaraq qurban ətini yerindəcə əldə edir. Bu təklif 31 iyul - 1 avqust tarixlərində keçərli olacaq.

"Araz" Supermarketlər şəbəkəsi: Diri qurbanlıq quzunun çəkisinin 1 kilosunu 5.89 AZN-ə təklif edir. Qiymətə heyvanın əti, içalatı və baş-ayağı da daxildir. Ət bütöv, 2 və ya 4 yerə bölünərək təqdim olunur. Quzular Bərdə, Beyləqan, Ağcabədi və İmişli rayonlarından gətirilir. Vətəndaş qurbanlıq quzunu öncədən sirafiş edə bilər.

"Rahat" Supermarketlər şəbəkəsi: Kəsilmiş, soyulmuş qurbanlıq quzuların minimum çəkisi 15 kiloqramdır, qiyməti isə 190 manat edir. Bu qiymətə heyvanın əti və içalatı daxildir. Ət bütöv, yaxud bölünmüş formada təklif olunur. Quzular Bərdə, Beyləqan, Ağcabədi rayonlarından gətirilir. Alıcı qurbanlıq əti yalnız bayram namazından sonra ala bilər.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən "Kənddən Şəhərə" layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası: Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

1news.az

Paylaş:
808

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01
Bütün xəbərlər