Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

18:41 - 31 / 07 / 2020
Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı İran İslam Respublikasının Prezidentini və qardaş İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik edib, firavanlıq arzulayıb.

Həsən Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Azərbaycan Prezidentinə və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildiriblər.

Söhbət zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verdi, görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Prezidentlər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında videokonfransların təşkil olunmasını qərara alıblar.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bu gün İranda Prezident seçkiləri keçiriləcəkBu gün, 09:23Türkiyə səfiri yazır: “Azad Qarabağın havası ilə nəfəs aldıq”Bu gün, 09:18Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb17 / 06 / 2021, 18:04Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO17 / 06 / 2021, 17:56AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI17 / 06 / 2021, 17:41Van Dammın oğlunun Vətən müharibəsində paylaşdığı şəkil gündəm oldu - FOTO17 / 06 / 2021, 17:3017 iyuna olan vaksinasiya STATİSTİKASI17 / 06 / 2021, 17:19Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı17 / 06 / 2021, 17:13“Qarabağ”ın “Aşdod”la oyununun vaxtı dəqiqləşib17 / 06 / 2021, 17:12Sabah külək güclənəcək - Hava xəbərdarlığı17 / 06 / 2021, 16:47Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO17 / 06 / 2021, 16:43Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO17 / 06 / 2021, 16:27Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb17 / 06 / 2021, 16:14“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır17 / 06 / 2021, 16:09Təhsil Tələbə Krediti Fondunun məqsəd və vəzifələri açıqlanıb17 / 06 / 2021, 15:52FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ17 / 06 / 2021, 15:47Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub17 / 06 / 2021, 15:37Azərbaycanda Enerji effektivliyi fondu yaradılacaq17 / 06 / 2021, 15:30Türkiyə və Rusiya prezidentləri yaxın günlərdə görüşəcək17 / 06 / 2021, 15:09Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN17 / 06 / 2021, 14:47
Bütün xəbərlər

Next TV