Oğurluq edən qadın saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluq edən qadın saxlanılıb

16:01 - 03 / 08 / 2020
Oğurluq edən qadın saxlanılıb

Oğurluqda şübhəli bilinən Babək rayon sakini G.Abdullayeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva saxlanılıb.

Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər