Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir - FOTO

12:09 - 04 / 08 / 2020
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir - FOTO

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, 5 nəfərdən artıq qrup halında toplaşan, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Qafar Ağayev

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər