“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib - FOTO
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən Biləcəri qəsəbəsi sakinlərinə yerində xidmət göstərilməsi üçün səyyar vətəndaş qəbulu təşkil olunub.
Xüsusi karantin rejimində vətəndaşlar qəsəbədə yeni qurulmuş optik rabitə xidmətlərinə məsafə qət etmədən qoşulmaq üçün müraciət imkanı əldə ediblər.
“Baktelecom”un səyyar komandası “Evədək optika” xidmətinin üstünlükləri, genişzolaqlı multimedia xidmətləri və sərfəli tarif paketləri haqqında sorğuları cavablandırıb. Vətəndaşlara bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı barədə məlumat verilib.
Qeyd edək ki, bundan öncə “Evədək optika” layihəsi “Baktelecom” tərəfindən köhnə və yeni yaşayış binalarında tətbiq edilirdi. Artıq fərdi yaşayış evlərinin də optik xətlərlə təchiz olunması prosesinə başlanıb. Sakinlərin genişzolaqlı telekommunikasiya xidmətlərinə qoşulmasına imkan yaradılır.
Reklam hüququnda