Siyasi Psixologiya Mərkəzi və “Harvard Kennedy School”-un azərbaycanlı məzunları onlayn “work shop” keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

Siyasi Psixologiya Mərkəzi və “Harvard Kennedy School”-un azərbaycanlı məzunları onlayn “work shop” keçirəcək

13:34 - 12 / 08 / 2020
Siyasi Psixologiya Mərkəzi və “Harvard Kennedy School”-un azərbaycanlı məzunları onlayn “work shop” keçirəcək

Avqust ayı ərzində “Konfliktlərin idarə edilməsi” mövzusunda 4 sessiyadan ibarət “work shop” təşkil ediləcək.

1news.az xəbər verir ki, Siyasi Psixologiya Mərkəzi və ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan “Harvard Kennedy School”-un azərbaycanlı məzunları tərəfindən təşkil edilən “work shop”-un ilk sessiyası ayın 11-də baş tutub. Qeyd edək ki, 11 avqustdan 20 avqust tarixinə qədər 4 sessiyanın keçirilməsi planlaşdırılır.

“Work shop”-un əsas məruzəçisi münaqişə tərəfləri arasında danışıqların aparılması üzrə peşəkar mütəxəssis Emili Epşteyndır. Daha öncə Harvard Hüquq məktəbində hüququ tədris edən, E.Epşteyn hazırda isə ABŞ-ın Berkli universitetində  fəaliyyətini davam etdirir.

Onlayn rejimdə keçiriləcək sessiyalarda müasir dövrdə konfliktlərin idarə edilməsində tətbiq edilən son akademik nəzəriyyələr müzakirə ediləcək. Əsas olaraq Ermənistan-Azərbaycan münaqişəsi götürüləcək. Sessiyalarda nəzərdən keçiriləcək istiqamətlər - münaqişə tərəfləri ilə iş zamanı istifadə edilən metodikalar, qərar qəbul edən tərəf ilə danışıqların aparılması olacaq. 

İlk sessiyada müxtəlif sahələrdə fəaliyyət göstərən, qeyri hökumət təşkilatlarının əməkdaşları, ölkənin sosial gündəmində fəallığı ilə seçilən şəxslər eləcə də özəl şirkətlərin rəhbərləri iştirak edib.

Mövzu ilə əlaqədar aparılan fikir mübadiləsinə Azərbaycan respublikasının Parlament üzvləri, dövlət qurumlarının idarə mərkəzlərinin əməkdaşları da qoşulub.

1news.az

Paylaş:
665

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər