Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır

12:47 - 14 / 08 / 2020
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır

Bağlanmış banklarda bloklanmış əmanətlərlə bağlı Konstitutsiya Məhkəməsi vətəndaşların xeyirinə qərar qəbul etmişdi.

Trend-in məlumatına görə, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olundqudan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə bildirilib ki, bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına bu gündən başlanılır.

S.Xankişiyeva

 

Paylaş:
972

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər