DSX-nin hərbi qulluqçularına fəxri adlar verilib | 1news.az | Xəbərlər
Rəsmi

DSX-nin hərbi qulluqçularına fəxri adlar verilib

13:50 - 17 / 08 / 2020
DSX-nin hərbi qulluqçularına fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

“Əməkdar tibb işçisi”

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.

S.Xankişiyeva

 

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər