Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru təyin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru təyin edilib

14:23 - 25 / 08 / 2020
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru təyin edilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq, AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Ruslan Əlixanov maliyyə və beynəlxalq hüquq üzrə magistr dərəcəsinə malikdir. BDU və Missuri Universiteti – Sent-Luis universitetini fərqlənmə diplomu ilə bitirib.

1996-1998-ci illərdə Dünya Bankında, 2000-2001-ci illərdə Dell-də layihə meneceri kimi çalışıb.

2001-ci ildən 2013-cü ilə qədər McKinsey & Co konsaltinq şirkətində çalışıb.

Sonra FESCO nəqliyyat qrupuna (RF) rəhbərlik etdi.

2018-ci ildən bu günə qədər Boston Consulting Group-da çalışıb. AİH-ə təyin olunmazdan əvvəl şirkətin Bakı ofisində rəhbərlik edirdi.

S.Xankişiyeva

 

Paylaş:
4533

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər