Prezident İlham Əliyev Anatoli Torkunovu ordenlə təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Anatoli Torkunovu ordenlə təltif edib

12:49 - 25 / 08 / 2020
Prezident İlham Əliyev Anatoli Torkunovu ordenlə təltif edib

Prezident İlham Əliyev Anatoli Torkunovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilsin.

1news.az

Paylaş:
922

Son xəbərlər

Bütün xəbərlər