Ceyhun Bayramov Qubadlının işğalından yazdı | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Qubadlının işğalından yazdı

11:29 - 31 / 08 / 2020
Ceyhun Bayramov Qubadlının işğalından yazdı

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan qoşunları tərəfindən işğal edilib.

1news.az-ın məlumatına görə, bu ifadəni Xarici işlər naziri Ceyhun Bayramov öz “Twitter” səhifəsində yazıb.

Nazir xatırladıb ki, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib:

“27 il Qubadlısız. Rayon 1993-cü il avqustun 31-də Ermənistan qoşunları tərəfindən işğal edilib və azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib. Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaq!”

Qafar Ağayev

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər