Naqif Həmzəyev: “Prezidentimiz mötəbər tribunadan düşmənlərimizə xəbərdarlıq mesajı ötürdü” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Prezidentimiz mötəbər tribunadan düşmənlərimizə xəbərdarlıq mesajı ötürdü”

17:40 - 25 / 09 / 2020
Naqif Həmzəyev: “Prezidentimiz mötəbər tribunadan düşmənlərimizə xəbərdarlıq mesajı ötürdü”

Məlum olduğu kimi, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi debatlarda videoformatda çıxış edib. Ölkə başçısı çıxışları zamanı bir çox məqamlara toxunub. Belə ki, sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Ermənistanın  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamağından və Ermənistanın Azərbaycana qarşı digər təxribatçı əməllərindən danışaraq, dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Prezident İlham Əliyev daha sonra Azərbaycanda koronavirus pandemiyasının artmasının qarşısını almaq üçün görülən tədbirlərdən danışıb.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin ilk sıralarda çıxış edən prezidentlərdən olması həqiqətən hər bir azərbaycanlı üçün qürurverici oldu:

“Cənab Prezidentin çox maraqlı fikirlərini eşitdik. Xüsusilə də vurğulamalıyam ki, son dövrlərdə möhtərəm cənab Prezidentimiz müxtəlif beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini çatdırır və dünya ictimaiyyəti şükürlər olsun ki, nəhayət, Azərbaycanın həqiqətlərini qəbul etmək və Azərbaycanın işğal altında olan torpaqlarının ermənilər tərəfindən qeyd-şərtsiz azad olunması barədə fikirlər səsləndirirlər. Bütün bunların fonunda onu deyə bilərəm ki, möhtərəm cənab Prezidentimiz beynəlxalq təşkilatlarda çox maraqlı təklif və fikirlərlə çıxış edib və bu il də Qoşulmama Hərəkatının sədri kimi BMT-yə çağırış etdi və dünyanı həmrəyliyə, koronavirus pandemiyası ilə birgə mübarizəyə səslədi. Çox sevindirici haldır ki, cənab Prezidentimizin bu təşəbbüsü əksər dünya liderləri tərəfindən qəbul olundu”.

“Prezidentimiz bu mötəbər tribunadan videomüraciət edərək torpaqlarımızı işğal etmiş mənfur düşmənlərimizə xəbərdarlıq mesajı ötürdü və onlara bildirdi ki, biz torpaqlarımızın işğalı ilə heç zaman barışmayacayıq, bu torpaqların azad olunması üçün bütün vasitələrdən istifadə edəcəyik” – deyə, N.Həmzəyev fikirlərinə əlavə edib:

“Dünya ictimaiyyəti artıq ikili standartlarını dayandırmalıdır. Əgər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rolu qəbul edirsə və Azərbaycanı nəqliyyat dəhlizinin açarı olan ölkə kimi qəbul edirsə, Azərbaycan reallıqlarını qəbul etməli, torpaqlarımızın azad olunması üçün daim dəstək verməlidir. Düşünürəm ki, Cənab Prezidentimizin mesajlarından sonra Azərbaycanın bu haqq səsinə cavab verən ölkələrin sayı artacaq və Azərbaycan ordusu qısa bir müddətdə işğal altında olan torpaqlarımızı azad edəcək”.

Qafar Ağayev

 

Paylaş:
635

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər