Ərdoğandan Avropa İttifaqı ölkələrinə çağırış: Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğandan Avropa İttifaqı ölkələrinə çağırış: Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun

23:20 - 12 / 10 / 2020
Ərdoğandan Avropa İttifaqı ölkələrinə çağırış: Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun

Azərbaycan ərazilərini işğal edən Ermənistan, təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirib.

Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırıb.

Danışıq əsnasında Türkiyə-Aİ əlaqələri, regional məsələlər, xüsusilə Aralıq dənizinin şərqindəki proses müzakirə edilib.

S.Xankişiyeva

 

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər