Rayonlardakı yağıntılı hava şəraiti oktyabrın 24-25-də də davam edəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti oktyabrın 24-25-də də davam edəcək - XƏBƏRDARLIQ

1news Redaksiyası15:55 - Bu gün
Rayonlardakı yağıntılı hava şəraiti oktyabrın 24-25-də də davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər