Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var

1news Redaksiyası17:28 - Bu gün
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, bir nəfər ölüb, bir nəfərdə xəsarət alıb.

1news.az report-a istinadən xəbər verir ki, Şərur rayonunun İbadulla kəndində soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə zamanı anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Nəticədə, 1963-cü il təvəllüdlü Məmmədova Rüqayyə Nurəli qızı həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Zamanova Səidə Əsgər qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər