Tbilisidə “erməni terroruna yox” şüarı ilə aksiya keçirilib - FOTO
Oktyabrın 18-də Gürcüstanda Azərbaycan Ordusuna dəstək aksiyası çərçivəsində növbəti tədbir keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Tbilisidə, Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyada erməni terroru kəskin pislənilib, "Qarabağ Azərbaycandır?", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Yaşasın Azərbaycan Ordusu!", "Yaşasın Azərbaycan-Gürcüstan qardaşlığı!" və s. şüarlar səsləndirilib.
Aksiyada Suxumi Universitetinin professoru, politoloq Quram Marxuliya, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, əsgər anası Rəhilə Rüstəmova, gənc fəal Kənan Babayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun qələbəsindən danışıb, Azərbaycanın haqq yolunda olması, dünya birliyinin erməni separatçılarının qanlı terror aksiyalarına qiymət verməyə, separatizmə və terrora yox deməyə çağırıblar.
Əllərində "Erməni terroruna yox deyirik!" plakatları, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində həlak olan və yaralanan şəxslərin, uşaqların şəkillərini tutan aksiya iştirakçıları koronavirusdan qorunmaq üçün qaydalara da riayət ediblər.
1news.az