Pakistanın Baş nazirindən Azərbaycana dəstək | 1news.az | Xəbərlər
Siyasət

Pakistanın Baş nazirindən Azərbaycana dəstək

15:45 - 18 / 10 / 2020
Pakistanın Baş nazirindən Azərbaycana dəstək

Pakistanın Baş naziri İmran Xan ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycana dəstəyini bildirib.

1news.az xəbər verir ki, bu barədə Baş nazir "Twitter" səhifəsində paylaşım edib.

"Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan silahlı qüvvələrinə ehtiramımızı ifadə edirik. Pakistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini dəstəkləyir".

1news.az

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər