“Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir” - Mustafa Şentop | 1news.az | Xəbərlər
Siyasət

“Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir” - Mustafa Şentop

14:47 - 19 / 10 / 2020
“Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir” - Mustafa Şentop

Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Mustafa Şentop bildirib:

"Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.

Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. "Bir millət, iki dövlət" deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi.

Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır".

1news.az

Paylaş:
402

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər