Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başa çatır

09:55 - 21 / 10 / 2020
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək.

Qafar Ağayev 

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər