İzmirdə axtarış-xilasetmə işləri başa çatdı | 1news.az | Xəbərlər
Cəmiyyət

İzmirdə axtarış-xilasetmə işləri başa çatdı

14:14 - 04 / 11 / 2020
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdən sonra dağıntılar arasında aparılan axtarış-xilasetmə işlər başa çatıb.

1news.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində dağılmış 17 binanın sonuncusunda axtarışlar səhər saatlarında bitib.

Qeyd edək ki, oktyabrın 30-da baş vermiş 6.6 bal gücündə zəlzələdən sonra İzmirdə 114 nəfər həlak olub, 1 035 nəfər yaralanıb.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər