Azərbaycanda ötən gün 22 narkotik faktı aşkarlanıb

Noyabrın 27-də Azərbaycanda 51 cinayət, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayət polis tərəfindən açılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 81-i borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
65











