UEFA Avropa Liqası: “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlanıb | 1news.az | Xəbərlər
İdman

UEFA Avropa Liqası: “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlanıb

21:04 - 03 / 12 / 2020
UEFA Avropa Liqası: “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlanıb

Bu gün saat 21:55-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Kevin Medina, Elvin Cəfərquliyev, Vild-Donald Gerye, Uroş Matiç, İsmayıl İbrahimli, Filip Ozobiç, Ovusu Kvabena, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Makkabi”nin ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxacaqlar.

Qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Referi Robert Hennessi olacaq. Ona həmyerliləri Allen Linç və Emmet Dinan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Pol Maklaflin yerinə yetirəcək.

Hakim-inspektor Serbiyadan Deyan Filipoviç, UEFA nümayəndəsi isə Rumıniyadan Oktavian Qoqadır.

Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Komandanın ən böyük çatışmazlığı baş məşqçi Qurban Qurbanovun texniki zonada yer almaması olacaq. Qırx səkkiz yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Türkiyəyə getməyib. Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov da eyni səbəbdən oyunda iştirak edə bilməyəcəklər. Həmçinin milli komandanın düşərgəsindən qayıtdıqdan sonra koronavirus testinin nəticəsi pozitiv çıxan Musa Qurbanlının son iki testi neqativ nəticələnsə də, futbolçu məşqlərdən uzaq olduğu üçün heyətdə yer almayıb. Bədavi Hüseynov və Patrik Andrade isə zədə üzündən matçı buraxmalı olacaqlar. Əvəzində koronavirusdan sağalmış Rahil Məmmədov kollektivə qoşulub.

“Makkabi”nin heyətində cəzalı olduğu üçün Enrik Saborit oyunda iştirak etməyəcək. İspaniyalı müdafiəçi “Vilyarreal”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bundan başqa, İsrail mətbuatı “Vilyarreal”la oyunda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq. Lakin matçın nəticəsi ikinci yer uğrunda mübarizə aparan “Makkabi” və Türkiyənin “Sivasspor” klubları üçün əhəmiyyət daşıyır.

Hazırda I qrupa 10 xalla İspaniyanın “Vilyarreal” komandası başçılıq edir. Təl-Əviv təmsilçisi 7 xalla ikinci, “Sivasspor” klubu isə 6 xalla üçüncü sırada qərarlaşıb. “Qarabağ” isə bütün görüşlərdə uduzub.

S.Xankişiyeva

 

 

Paylaş:
860

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər