Çempionlar Liqasında səbətlər bəlli olub
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək.
1news.az apasport.az-a istinadən bildirir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.
Püşkatmada iştirak edəcək 16 komanda iki səbətə bölünəcək. Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alacaq.
Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.
Səpələnmişlər
"Bavariya" (Almaniya)
"Mançester Siti" (İngiltərə)
"Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya)
"Yuventus" (İtaliya)
PSJ (Fransa)
"Real" (İspaniya)
"Porto" (Portuqaliya)
"Atalanta" (İtaliya)
"Sevilya" (İspaniya)
"Latsio" (İtaliya)
"Barselona" (İspaniya)
"Leypsiq" (Almaniya)
"Atletiko" (İspaniya)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.
1news.az