Gürcüstanda koronavirusdan ölənlərin sayında artım qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda koronavirusdan ölənlərin sayında artım qeydə alınıb

13:20 - 12 / 12 / 2020
Gürcüstanda koronavirusdan ölənlərin sayında artım qeydə alınıb

Gürcüstanda koronavirusdan ölənlərin sayında artım qeydə alınıb. Son sutka ərzində ölkədə daha 3 min 907 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Son 24 saat ərzində 3700 xəstə sağalıb, 50 nəfər isə həyatını itirib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 187006 nəfərə çatıb. Xəstələrin 154 min 241- sağalıb, 1744-ü ölüb.

Hazırda ölkədə 30 min 995 aktiv koronavirus xəstəsi var. 6817 nəfər xəstəxanalarda, 1012 nəfər karantində, 51 min 190 nəfər özünütəcrid rejimindədir.

1news.az

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər