“The Jerusalem Post”: Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər | 1news.az | Xəbərlər
Siyasət

“The Jerusalem Post”: Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər

15:13 - 28 / 12 / 2020
“The Jerusalem Post”: Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər

Ötən ay Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq elan ediləndə Azərbaycanın paytaxtı Bakı şəhərinin küçələrində bunun qeyd olunacağı gözlənilən idi.

Azərbaycan torpaqlarının 30 illik işğalından sonra təxminən 700 min azərbaycanlı məcburi köçkün öz doğma evlərinə qayıda biləcək. Həmin vaxt Azərbaycan bayraqlarının yanında İsrail bayraqları da qürurla dalğalanırdı və bir yəhudi dini lider olaraq bu, mənim üçün heç də təəccüblü deyildi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan yəhudiləri Dağlıq Qarabağda “mədəni soyqırımı” qorxusunu əsassız hesab edirlər” adlı məqaləsində yer alıb.

Müəllif bəzi xarici media qurumları tərəfindən qeyd edildiyi kimi, Azərbaycan heç də xristian Ermənistanla dini qarşıdurma yaradan və dözümsüzlük nümayiş etdirən bir müsəlman ölkəsi deyil, əksinə, Azərbaycan dini və mədəni tolerantlığın, eləcə də inklüzivliyin hökm sürdüyü bir məkandır.

Şneor Seqal Azərbaycandakı tolerantlıqdan və çoxmədəniyyətlilikdən bəhs edərək, ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayır. O yazır: “Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum aşkenaz yəhudiləri. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, xristianlığın müxtəlif qollarından ibarətdir. Hazırda azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir”.

Baş ravvin yəhudi icmasının azərbaycanlılarla birlikdə yaşadığını və əməkdaşlıq etdiyini bildirir. O, Azərbaycan hökuməti tərəfindən katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrıldığı zaman həmin kilsənin tikintisinin maliyyələşdirilməsinə kömək etmək üçün ölkədə yaşayan müsəlmanların və yəhudilərin bir araya gəldiklərini vurğulayır. 2016-cı ildə eyni kilsədə ibadət edən Roma Papası Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı möhkəm əlaqələrə heyran qaldığını bildirib. O deyib ki, bu yaxşı münasibətlər dinc yanaşı yaşamaq və dünyada sülh üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycanda dini tolerantlığın şahidi olduğunu qeyd edən baş ravvin yəhudilərin dini atributları olan kipanı bu ölkədə qürurla geyindiklərini bildirir. O, bir çox Avropa ölkələrində hücum qorxusu ilə əlaqədar bağlı qalan sinaqoqların Azərbaycanda hər zaman açıq olduğunu vurğulayır.

Məqalədə vurğulanır ki, fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu ənənə yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edən Azərbaycan hökuməti dünya miqyasında xristian abidələrinin bərpasına böyük töhfələr verir. Vatikanda Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, Strasburq katedralının bərpasının bunun bariz nümunəsi olduğu vurğulanır. Hazırda isə Azərbaycan hökumətinin Dağlıq Qarabağın xristian irsini qoruyub saxlamaq, bərpa etmək üçün UNESCO ilə əməkdaşlıq etdiyi də qeyd olunur.

Sonda müəllif yazır ki, bütün bunlara baxmayaraq, mədəni soyqırımı qorxusu davam etməkdədir. Müxtəlif insanlar Qarabağda hərbi əməliyyatların bitməsindən sonra yaranmış xəbər boşluğunu doldurmaq üçün mütləq yazmağa bir şey axtarıb tapırlar. İndi bütün diqqəti bu çoxmədəniyyətli və tolerant bölgədə mövcud olan fərqli irq, mədəniyyət və dinləri bir araya yönəltmək lazımdır. Bu, çox çətin bir iş kimi görünə bilər, ancaq bu, mümkündür. Azərbaycan bunun bariz nümunəsi və əyani sübutudur.

S.Xankişiyeva

 

Paylaş:
394

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər