Dünyada koronavirusdan 600-dən çox jurnalist vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusdan 600-dən çox jurnalist vəfat edib

17:49 - 05 / 01 / 2021
Dünyada koronavirusdan 600-dən çox jurnalist vəfat edib

Dünyanın 59 ölkəsində 2020-ci ilin martından indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasından 600-dən çox jurnalist vəfat edib.

1news.az APA-ya istinadən bildirir ki, bu barədə Cenevrədə yerləşən "Press Emblem Campaign" təşkilatı məlumat yayıb.

"Dünyada ötən ilin mart ayının əvvəlindən bəri COVID-19-dan 602 jurnalist ölüb. Bu ölümlərin yarısından çoxu - 303-ü Latın Amerikasında qeydə alınıb. Asiyada 145, Avropada 94, Şimali Amerikada 32, Afrikada isə 28 jurnalist koronavirusdan vəfat edib. Peşələri ilə əlaqədar jurnalistlər virusa qarşı xüsusilə həssasdırlar. Sərbəst çalışan jurnalistlər, fotoqraflar evdən işləyə bilmirlər", - deyə bildirilib.

Qeyd olunub ki, ölüm sayına görə Peru (93 ölüm) birinci yerdədir. İkinci yerdə Braziliya (55 ölüm) gəlir. Hindistanda 53, Meksikada 45, Ekvadorda 42, Banqladeşdə 41, İtaliyada 37, ABŞ-da 31, Pakistanda 22, Türkiyədə 17, Böyük Britaniyada 13, Panamada 11, Boliviyada 9 jurnalist koronavirusdan ölüb. Əfqanıstan, Dominikan Respublikası, Nigeriya və Rusiyada bu rəqəm 8-dir.

Təşkilatdan onu da bildiriblər ki, həqiqi ölüm sayı bundan daha çox ola bilər, çünki bəzi ölkələrdə jurnalistlərin ölümü ilə bağlı ayrıca statistik məlumatlar verilmir.
 
1news.az
Paylaş:
517

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər