Messi 1-ci, Ronaldu 12-ci oldu
Beynəlxaql İdman Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı oyun qurucularının adlarını açıqlayıb.
1news.az qol.az-a istinadən xəbər verir ki, sıralamaya "Barselona"nın kapitanı Lionel Messi rəhbərlik edir. 33 yaşlı argentinalı hücumçu son 10 ildə 3 dəfə ilin oyun qurucusu seçilib və 4 dəfə bu göstəricidə 2-ci olub.
2-ci yerdə Kataloniya klubunun sabiq yarımmüdafiəçisi Andres İnyestadır. İlk "3-lüy"ü "Real"da çıxış edən Luka Modriç qapayır.
Sonrakı pillələrdə müvafiq olaraq, Kevin de Brüyne ("Mançester Siti"), Toni Kroos, Eden Hazard (hər ikisi "Real" ), Neymar (PSJ), Məsut Özil ("Arsenal"), Andrea Pirlo (hazırda "Yuventus"a baş məşqçilik edir), Yaya Ture (karyerasını bitirib) qərarlaşıb.
Maraqlıdır ki, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu TOP-10-luğa düşə bilməyib. 35 yaşlı portuqaliyalı 12-ci yeri tutub.
1news.az
634