Cəmiyyət

Gənc memar Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi ilə bağlı konsepsiya hazırlayıb - VİDEO

16:58 - 25 / 01 / 2021
Gənc memar Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi ilə bağlı konsepsiya hazırlayıb - VİDEO

Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Gənc memar İrac Bağırov Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması ilə bağlı konsepsiya hazırlayıb. Onun sözlərinə görə, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzey kompleksidir:  

“Muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini özündə əks etdirən konsepsiya üzrə hazırlanıb. Muzeyin konsepsiyasında əsas istiqamət göstərilən şücaəti milli və daha müasir üslubda nümayiş etdirməkdir. Təqdim edilən muzeyin konsepsiyası ənənəvi milli İslam memarlığına əsaslanaraq müasir şərq üslubunda harmoniya təşkil etməsidir. Eyni zamanda layihədə ordumuzun yüksək sıldırım dağlardan aşmasından və döyüşkənlik əzmindən ilhamlanaraq həm dağları xatırladan, həm də milli, muasir memarlıq üslubunda muzeyin konsepsiyasında özündə əks etdirir”.

Qeyd edək ki, gənc memarın təqdim etdiyi konsepsiyaya əsasən muzey iki hissədən ibarətdir. Birinci pavilyonda şəhidlərimizin ölməz ruhları xatırlanır. Onlar haqqında məlumat lövhələri yerləşdirilib. İkinci pavilyonda isə mənfur düşmənlərimiz tərəfindən dağıdılan şəhərlərdən foto və eksponatların nümayişi nəzərdə tutulub. Açıq hava altında isə hərbi döyüş texnikalarının nümayiş etdirilməsi nəzərdə tutulub.

Pavilyonun panellərinin qızılı rəngi yalnız parlaq bir gələcəyi simvolizə etmir, onun günəş şüaları günəşin hərəkət istiqamətinə uyğun binanın qeyri-adi forma alması, görünüşü  isə günün müəyyən saatlarında günəş şüalarının düşməsi ilə dəyişir.

Sözügedən konsepsiyanın 3 D formatında olan animasiya videosuna bu keçdiə daxil olaraq baxa bilərsiz. 

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər

Next TV