Şahin Seyidzadə Qobustan rayonunda səyyar qəbul həyata keçirib – FOTO

Azərbaycan Respublikası Milli Məclisində 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə Qobustan rayonunda səyyar vətəndaş qəbulu keçirib.
Rayonun 10-a yaxın yaşayış məntəqəsini əhatə edən fərdi vətəndaş qəbulları barədə deputat öz sosial şəbəkə hesablarında paylaşım edib.
1news.az paylaşımı sizə təqdim edir:
“Qobustan rayonu üzrə vətəndaşların fərdi formada səyyar qəbulu keçirildi!
25 yanvar 2021-ci il tarixində 40-dan artıq vətəndaşın iştirakı ilə rayonunun Bəklə, Cəyirli, Çalov, Nabur, Xilmilli, Çuxanlı, Ərəbşalbaş, Sündü, Təklə və Təklə Mirzəbaba kəndləri üzrə səyyar qəbul baş tutub.
Pandemiyadan irəli gələrək xüsusi qaydalara əsasən həyata keçirilən fərdi qəbullardan məşğulluq, sosial təminat, infrastruktur, kommunal, təhsil, hüquq, kənd təsərrüfatı, torpaq və əmlak məsələləri ilə bağlı müraciətlər qəbul edilib”.




S.Xankişiyeva