İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib

16:43 - 03 / 02 / 2021
İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Qotabaya Racapaksaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, Qoşulmama Hərəkatı daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımız davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm.

1news.az

Paylaş:
612

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər