Arsrun Ovannisyanın “psixi portreti” – kamala çatmamış infantil şəxs – EKSPERT RƏYİ | 1news.az | Xəbərlər
Siyasət

Arsrun Ovannisyanın “psixi portreti” – kamala çatmamış infantil şəxs – EKSPERT RƏYİ

09:30 - 05 / 02 / 2021
Arsrun Ovannisyanın “psixi portreti” – kamala çatmamış infantil şəxs – EKSPERT RƏYİ

Müdafiə Nazirliyinin heç də yaxşı tərəfdən məşhur olmayan nümayəndəsi Arsrun Ovannisyan bu günlərdə Ermənistanda fəaliyyət göstərən informasiya portallarından birinə qəribə müsahibə verib.

Xatırladaq ki, A.Ovannisyanın ünvanına sərt tənqidlər səsləndirilib: onu müharibə dövründə açıq-aşkar yalan danışmaqda ittiham edirlər. Belə ki, həm Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın dəftərxanası, həm də “labüd qələbə”yə inandırmaqdan tutmuş, Ermənistan SQ-nin şəxsi heyəti arasındakı itki sayına qədər, demək olar k, hər şey barədə vicdansızcasına aldadıldıqlarını başa düşmüş sadə Ermənistan vətəndaşları tərəfindən onun ünvanına kifayət qədər sərt ittihamlar səsləndirilmişdir. A.Ovannisyan özü də təhdidlərə və hətta hücuma məruz qaldığını etiraf edib.

Lakin indi özünü ələ alaraq (və təxəyyülünü işə salaraq), A.Ovannisyan heç nədə günahkar olmadığını bəyan etməyə başlayıb. Onu tənqid edən hər kəsin şəxsi haqq-hesab çəkməkdə ittiham edib: “Məni “Facebook”da tənqid edən şəxslərə, onların keçmişlərinə, kimlərlə əlaqəli olduqlarına və s. diqqət yetirin. Mənim fikrimcə, bu münasibətin kökləri 2012-2015-ci illərə gedib çıxır. Müəyyən qrup şəxslər mənim informasiya siyasətimi bəyənmirdilər”, - deyə A.Ovannisyan bildirib.

A.Ovannisyan, onun ünvanına səsləndirilirən ittihamların ikinci səbəbi kimi siyasəti göstərib. “Məndən siyasi məsələlərin həlli məqsədilə istifadə etməyə çalışırlar, mən isə siyasətdən uzaq adamam”, - o qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi olarkən labüd qələbəyə inandırmaq məsələsində çox canfəşanlıq etməsi ilə bağlı jurnalistin sualına o, bu cür ittihamları qeyri-ciddi hesab etdiyini bildirərək, “müharibə vaxtı başqa cür mümkün deyil”, - deyə bildirib. O əlavə edib ki, “Təbliğat elə ona görə təbliğatdır ki, xalqda ruh yüksəkliyini saxlasın”.

A.Ovannisyanın, xalqı qəhrəmanlığa ruhlandırmaq istəyən hər hansı bloger deyil, ölkənin müdafiə qurumunun nümayəndəsi olduğunu nəzərə alsaq, bu fikrin özü artıq ən azı qəribə səslənir. Bir faktı da nəzərə almaq lazımdır ki, “müharibə üçün gərəkli” bu təbliğat Ermənistan SQ-nin şəxsi heyəti arasında itkilərin sayı dəfələrlə artmasına səbəb olmuşdur.

Digər bir qəribəlik isə, A.Ovannisyanın bütün müsahibə boyunca Ermənistanın Türkiyə ilə müharibə etdiyini bildirməsidir.

“Son dərəcə absurd ittihamlar səslənir. Guya müharibə zamanı bütün itkiləri adbaad deməklə, itirilmiş hər bir millimetr barədə məlumat verməklə Türkiyəyə qalib gələ bilərdik. Müharibənin əsl hərbi-siyasi və strateji səbəbləri, çoxillik xətalar, taktiki məsələlər barədə unudaraq, hamı təbliğatın detallarını müzakirə etməyə çalışır. Mən bilirəm niyə belə edirlər. Bu qınaqları səsləndirənlər dövlətin müharibəyə hazırlıq nüansları, onların bir-birilə əlaqəsi barədə heç nə bilmirlər, bu səbəbdən də manipulyasiya etməyin asan olduğu xəbər mövzusu ön plana çıxır”, - deyə A.Ovannisyan bildirib.

O söz verib ki, silahlı qüvvələrin sıralarını tərk etdikdən sonra nə vaxtsa, müharibə zamanı həqiqətin niyə təhlükəli olması barədə mütləq danışacaq. O vurğulayıb ki, təqdim etdiyi bütün informasiyanı - “Müdafiə Nazirliyindən, Baş Qərargahdan və ya hərbçi dostlarımdan”, bir sözlə ordudan alıb.

Başqa sözlə, A.Ovannisyan bir tərəfdən iddia edir ki, müharibə zamanı nədənsə həqiqəti söyləmək düzgün deyil. Digər tərəfdən isə, həmin (müharibə vaxtı yalanın faydalı olması haqqında) iddiaya zidd olaraq, yalana görə məsuliyyəti digərlərinin, o cümlədən, öz dostlarının üzərinə yıxır.

Bu zaman A.Ovannisyan etiraf edir ki, pis yuxular görür, lakin, öz sözlərinə görə, bu yuxuların səbəbi özünü günahkar hiss etməsi ilə bağlı deyil.

“Bir vaxtlar ordunun strukturu, silahlanma, taktika, yeni nəsil müharibə ilə bağlı təkliflər irəli sürmüşdüm, lakin onların tam həyata keçirilməsinə nail ola bilmədim. 2007-ci ildən bu yana havadakı üstünlük, qırıcılar, pilotsuz uçuş aparatları, yüksək dəqiqliyə malik zərbə sistemləri, onların avtomatik idarəetmə sistemləri barədə demişəm, lakin onları ordumuzda heç cür tətbiq edə bilmədik... Günahkar axtarmıram, maliyyə problemləri başda olmaqla müxtəlif problemlər var idi. Siyasi məsələlərdə çox da dərinə getmək istəmirəm, lakin fakt budur ki, sırf peşəkar kimi bizi necə bir müharibənin gözlədiyini bilirdim. Nəticədə elə də oldu və bu çox ağrılıdır”, - o deyib.

A.Ovannisyanın sözlərinə görə, o bu mövzuda onlarla kitab və əsər yazıb, lakin səsini eşidən olmayıb. Onun bəzi kitabları hələ də mətbəədədir. O etiraf edir ki, təəssüf ki, müharibə onun gözlədiyi kimi baş verdi. “SQ-nin Baş Qərargah rəisi Onik Qasparyan da bu cür müharibənin nüansları barədə çox yaxşı məlumatlı idi, o hətta kitabımın ikinci cildinə resenziya da yazmşdı, lakin orduda bu istiqamətdə islahatlar aparmağa vaxtı çatmadı”, - A.Ovannisyan bildirib.

Ermənistanın məğlub olmasının səbəbləri barədə danışarkən A.Ovannisyan yenə də Türkiyəni xatırladaraq, ona qarşı mübarizənin bərabər səviyyəli olmadığını bildirir. Bununla belə, Ermənistan ordusu yenidən qurularsa, o hələ də revanş almağa ümid edir. Görünür, ordu yenidən qurularkən onun kitablarına və elmi işlərinə istinad edilməlidir.

- Məsələ burasındadır ki, bu cür davranış, təkcə A.Ovannisyana deyil, bütün Ermənistan cəmiyyətinə xas problemdir. Xatırladaq ki, Paşinyan da guya cəbhədəki əsl vəziyyətdən məlumatsız olduğu barədə, demək olar ki, eyni sözləri deyirdi. Bununla da, bu insanlar bütün ölkəni aldada bilmişdilər! Yəni, ermənilərdə tənqidi düşüncə tamamilə mövcud deyil. Səbəb isə, onların böyüklük xülyasına qərq olmaları ilə bağlıdır. Yəni, həmin o Paşinyana və Ovannisyana ona görə inanırdılar ki, başqa cür ola biləcəyi fikrini heç yaxın da buraxmırdılar. Axı ermənilərin fikrincə, onlar seçilmiş xalqdır. Mütəmadi olaraq, Azərbaycan KİV-lərini və sosial şəbəkələrini izləsələr də, onlara deyilənlərlə bağlı şübhə qığılcımı belə meydana gəlmədi. Demək olar ki, hər kəsin ailəsində və ya tanışları arasında müharibədə itkin düşmüş şəxslərin olması, yaxud müharibə barədə bu və ya digər yolla mülki vətəndaşlara çatan digər dəhşətli xəbərlər belə onlarda şübhə yaratmadı. Bu xəstə cəmiyyət Paşinyanın timsalında özü kimi xəstə liderlər ortaya çıxarır. Yeri gəlmişkən, Paşinyan da hazırda öz məsuliyyətini elə həmin Ovannisyanın üzərinə atır.

Konkret Ovannisyana gəlincə, yalan danışmaq vəzifəsini birmənalı olaraq ölkə rəhbərliyindən kimsə ona tapşırıb.

Ovannisyanın öz yalanlarını müharibə dövrünün zərurəti kimi əsaslandırması heç bir tənqidə tab gətirmir. Axı bu insanlar necə də primitiv düşüncəyə malikdir! Bu bilirsiniz nəyə oxşayır? Sanki, üst-başı mürəbbə ilə çirklənmiş və boş mürəbbə qabının üzərində oturmuş uşaq iddia edir ki, “Bunu mən etməmişəm!”. Həm Paşinyan, həm də Ovannisyan eyni şeyi edirlər.

Bu ondan xəbər verir ki, A.Ovannisyan kamala çatmamış, infantil və inkişafdan geri qalmış şəxsdir. Şübhəsiz ki, hər bir kəsdə psixoloji müdafiə mexanizmləri var. Ovannisyan isə, məsuliyyəti üzərindən atmaq üçün sadəcə özünü axmaqlığa vurur. İnsanın özünü uşaq, məhdud səviyyədə inkişaf etmiş şəxs və ya axmaq kimi aparması ilə ifadə olunan “inkişaf etməmiş davranış forması” da elə budur. Bir daha qeyd edim ki, bu cür davranış özünü deyil, cəmiyyəti aldatmağa yönəlib.

Ovannisyan özü çox gözəl başa düşür ki, nə baş verir və bilərəkdən axmaq rolunu oynayır. Guya gecələr pis yuxular görməsini deməsi də bu rolun tərkib hissəsidir və özünə qarşı mərhəmət, şəfqət qazanmaq məqsədi güdür.

Baxmayaraq ki, Ovannisyan hər şeyi yaxşıca düşünüb və hesablayıb, amma bunu inkişafdan geri qalmış şəxs kimi edib. Çünki ağlı başında olan istənilən adamda onun bəraətləri təəccüb doğurur. Amma o hər kəsi öz arşını ilə ölçür və elə düşünür ki, heç kim onun yalanının üstünü aça bilməz. Elmi dillə desək, A.Ovannisyan psixi infantillikdən əziyyət çəkir. Bu şəxsiyyətin və nəticə etibarilə, fikirlərin inkişafdan geri qalmasında, məsuliyyəti başqalarının üzərinə atmaqda, öz davranışını, hərəkətlərini və sözlərini idarə edə bilməməkdə özünü göstərir. Bundan əlavə, onda düşüncə səviyyəsinin aşağı olması, həqiqəti və hadisələri tam adekvat şəkildə qavramama müşahidə olunur.

A.Ovannisyan vəziyyəti adekvat şəkildə qavramaq qabiliyyətinə malik olsaydı, ona yayımlamağı əmr edilən yalanları sadəcə səsləndirməkdən imtina edərdi. Çünki bu məntiqsiz və cinayətkarcasına hərəkətdir.

Lakin ona yalan danışmaq əmr olunmuşdu və o bunu yerinə yetirirdi! Əgər o adekvat, psixoloji cəhətdən sağlam insan olsaydı, ən azı etiraz edə, sabah bu dəhşətli yalanların üstünün mütləq açılacağını və onlara görə cavab verməli olacaqlarını bildirə bilərdi. Lakin, o bunu etmədi.

Çünki Ovannisyanın təmsil etdiyi şəxs tipi apriori olaraq məntiqi düşünmək və bunun nəticəsi olaraq, özündən güclü şəxslərlə mübahisə etmək qabiliyyətinə malik deyil. O, onu idarə edən daha güclü bir şəxsin təsiri altına düşmüşdür. Bu cür özünəməxsus “iyerarxiya”ya quldur dəstələrində rast gəlmək olar: güclü rəhbər və onun əmrlərini kor-koranə şəkildə yerinə yetirən əlaltılar. Qabrielyanovun cəfəng əmrlərini itciyəz kimi yerinə yetirən Peqovu da bu cür adamlara misal göstərmək olar.

A.Ovannisyana bu əmrləri konkret kimin verdiyini deyə bilmərəm. Lakin onu da qeyd etmək lazımdır ki, ona əmrlər verən şəxsin daha güclü iradəyə malik olması, hələ həmin şəxsin adekvat olması anlamına gəlmir. Bundan savayı, həmin adamın özü də daha güclü başqa şəxslərə tabe ola bilər.

Ovannisyan niyə bunu etdi? Bu, müxtəlif səbəblərdən ola bilər: ya ona buna görə pul verilib, ya da əmin ediblər ki, onun üçün heç bir təhlükə yoxdur. Düşünürəm ki, elə həmin A.Ovannisyanı dalana dirəsələr, ona bu əmrləri diktə edən şəxslərin adlarını birmənalı şəkildə deyər. Hələlik isə, o ya qorxur, ya da müvəqqəti olaraq, “döyülmək üçün uşaq” təyin etməklə ona nəsə vəd ediblər. Ola bilsin ki, müəyyən müddətdən sonra ona başqa bir vəzifə veriləcək və o, indi etdiyini orada edəcək.

Lakin nəzərə alsaq ki, orada bütün cəmiyyət xəstədir, öz vətəndaşlarına bu cür dəhşətli yalan satmaq barədə əmri konkret kimin qəbul etdiyini demək çətindir”, - Araz Manuçehri-Lalei fikrini tamamlayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Rəhman Hacıyev: Zəfərimizi oğurlamaq cəhdləri, xarici və daxili düşmənlər haqqında

Natali Aleksandrova

Paylaş:
1652

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər