Hikmət Hacıyev: Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir

11:25 - 06 / 02 / 2021
Hikmət Hacıyev: Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir

2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub.

Trend TV-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o zaman Lələ Təpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğu üçün bu ərazidə tikinti-quruculuq işlərini aparmaq mümkün deyildi: “Biz hətta 2017-ci ilin fevralında diplomatik korpus nümayəndələri ilə bu kəndə səfər etmişdik. Tamamilə dağılmış bir vəziyyətdə idi. O zamankı dağıntı formasını biz Azəbaycanın digər işğaldan azad edilmiş ərazilərində görürdük və bu gün də Cəbrayıla və Zəngilana səfərimiz zamanı bu kimi dağıntıların yenə şahidi olacağıq.

Amma gördüyünüz kimi çox qısa bir müddətdə, yəni 2017-2018-ci illərdə Cocuq Mərcanlı kəndi yenidən quruldu. Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin bir rəmzinə çevrildi”.

H.Hacıyev bildirib ki, eyni zamanda Cocuq Mərcanlıda simvolik bir məna daşıyan Şuşa məscidinin prototipi də tikildi: “Bu da yenə də bizim qayıdış əzmimizi nümayiş etdirirdi. Gördüyünüz kimi bu kənd yenidən quruldu və işğaldan azad olunmuş digər ərazilərimizdə də cənab Prezident tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı, məqsədyönlü şəkildə böyük quruculuq tikinti işləri aparılacaq ki, bizim insanlarımz 30 ildən artıq həsrətdə olduqları doğma torpaqlarına qayıda bilsinlər. Cocuq Mərcanlı kəndinə təkcə qayıdış təmin olunmadı, eyni zamanda burada yerli əhalinin kənd təsərrüfatı ilə, işlə məşğul olması üçün şərait yaradıldı.

Eyni zamanda təşəkkür edirik ki, bizim tərəfdaş, dost və qardaş ölkələr də bu kənddə mülki əhalinin kənd təsərrüfatı və digər işlərlə məşğul olması üçün əlavə imkanlar yaratdılar".

Prezident köməkçisi deyib ki, kəndlə tanışlıqdan sonra diplomatlarla birgə gün ərzində səfəri davam edəcək:

"Bundan sonra biz Cəbrayıl şəhərinə gedəcəyik, Cəbrayıl şəhər mərkəzi, Cəbrayıldakı qəbristanlıq, mədəniyyət evi və oradakı bütün dağıdılmış yerlərlə tanış olacağıq və ondan sonra biz İran-Azərbaycan sərhədi boyunca Xudafərin körpüsü istiqamətinə yollanacağıq. Möhtərəm Prezident həmin sərhəddən keçən zaman həmin sərhəd xəttini dostluq sərhədi adlandırmışdı”.

S.Xankişiyeva

 

Paylaş:
548

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər