Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi müəyyənləşdi | 1news.az | Xəbərlər
İdman

Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi müəyyənləşdi

12:56 - 09 / 02 / 2021
Teymur Rəcəbovun 1/4 finaldakı rəqibi müəyyənləşdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finaldakı rəqibi müəyyənləşib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, qrossmeysterimiz bu mərhələdə  Niderland şahmatçısı Aniş Giri ilə qarşılaşacaq. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

1news.az

Paylaş:
623

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər