Ermənistan müharibədə 6 mindən çox itki verib - Statistika | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan müharibədə 6 mindən çox itki verib - Statistika

12:59 - 13 / 02 / 2021
Ermənistan müharibədə 6 mindən çox itki verib - Statistika

Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ilə nisbətən 35 faiz artıb.

1news.az bildirir ki, bu barədə erməni saytları yazırlar. Qeyd olunur ki, 2019-cu ildə ölüm sayı 26 min 200 nəfər olubsa, 2020-ci ildə bu say 35 min 370 nəfərə çatıb.

Bu statistikaya müharibə və koronavirusda ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVİD 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9 min 170 ölümdən yerdə qalan 6 min 347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar.

Qeyd olunan rəqəmlər onu deməyə imkan verir ki, Ermənistan rəhbərliyi müharibədə yalnız 2 min 425 nəfərin öldüyünü deməklə xalqı müharibə dövründə olduğu kimi yenə də aldatmaqda davam edir.

Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur.

1news.az

Paylaş:
623

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər