İlham Əliyevin 44 günü: ondan sonra olanların hamısı ona bənzəməyə çalışacaqlar
Son müharibənin müharibə sənətində hər şeyi konseptual mənada alt-üst etdiyini artıq hamı başa düşüb.
PUA-lar, azad qruplar və s. Bu müharibə bir tərəfdən olduqca klassik, digər tərəfdən – digərlərindən çox fərqli idi. Yuxarıda göstərilənlərlə yanaşı, bir çox digər məsələlərdə, eyni zamanda hibrid müharibələr sahəsində də fərqləndi.
Hesab edirəm ki, gələcəkdə ciddi araşdırmalar aparmaq üçün ən maraqlı mövzulardan birinin – bu 44 gün ərzində prezident institutu və ali komandanlığın necə fəaliyyət göstərdiyi olacaq. Özümü hərbi tarixi çox yaxşı bilən bir insan hesab edirəm. Bəlkə də bir az ümumiləşdirirəm, amma əmin edə bilərəm ki, dünya radio və televiziya haqqında xəbərdar olduğundan bəri və Çörçilin səsləndirdiyi “we shall fight on the beaches” ifadəsindən bəri tarixdə tarixdə elə bir hadisə olmayıb ki, hansısa dövlət və hökumət başçısı, ali baş komandan yalnız üzərinə düşən rolun öhdəsindən gəlməyib, öz funksiyalarını yerinə yetirməyib, həm də Qələbənin Rəmzinə çevrilib.
Vətəndaş müharibələrindən, Çe Gevaranın dağlarda avtomatla qaçması kimi hadisələrdən, Dudayevdən, Orta Şərqin ayətullah və müctəhidlərindən və sairələrdən bəhs etmirəm. Söhbət, təkrar edirəm, prezidentlik dövlət qurumundan, uzunmüddətli, təməl və mahiyyət etibarilə hibrid (!!) qarşıdurma şəraitində bir insanın öz xarizmasını, liderlik, natiqlik və s. keyfiyyətlərini də əlavə edərək bu qurumun funksionallığından maksimum dərəcədə istifadə etməsindən gedir.
Hibridliyə dair iki xatırlatmadan yəqin başa düşdüyünüz ki, burada tərəflərin media qarşıdurması və hər şeyin yalnız özümüzün deyil, həm də xarici auditoriyanın – ermənilər, ruslar, türklər, Qərb və s. qəbul etməsi əsasında qurulan simvol və obrazdan bəhs edirik. Yəni söhbət sadəcə 44 gün ərzində dövlət başçısının bu qədər müsahibə verməsi, xalqa dəfələrlə müraciət etməsi və sairədən getmir.
Aydın məsələdir ki, prezidentlik institutu məmurlar və ekspertlər apparatı tərəfindən xidmət olunur və bu 44 gün ərzində dövlət başçısı həqiqətən bir çox beyin mərkəzini, komitələri, işçi qrupları və iclasları əvəz etdi. Ancaq bunların hamısı statistikadır. Mən başqa şeydən – məzmundan, ruhdan bəhs edirəm. “Nə oldu?”, “Atamdan qalan vəsiyyət ...” haqqında ... Bu, ifadələr artıq dərindir.
Uzaqdan oxşar nümunələr var. Məsələn, Falklend böhranı dövründə Tetçer və ya Pakistan və Hindistanın müasir tarixindən nümunələr. Lakin yenə də bizdə hər şey fərqli idi – ən azından, bu günə qədər dünyanın heç bir ölkəsində prezident tvitini səbrsizliklə gözləməyiblər...
Müəyyən mənada, ilk dəfə dünyaya hibrid müharibəsi rejimində Ali Komandanlıq institutunu, bir nəfərin də meydanda döyüşçü olduğunu göstərdi... Sadəcə "meydan" indi başqadır ... Çoxölçülüdür ... Daha çox sahə...
Bilmirəm, Azərbaycan indiki formada nə qədər yaşayacaq və Ali Komandanlıq rolunda bizə neçə prezident rəhbərlik edəcək. Nə qədər çox mübarizə aparacağımızı da heç kim deyə bilməz. Lakin bir şeyi bilirəm – hamısı, istisnasız olaraq açıq və ya gizli, aşkar və ya qəlbən, böhran anlarında, müharibə və sarsıntı anlarında, ağır sınaq və çətinliklərdə, ən azından bu 44 gündəki kimi ona bənzəməyə çalışacaqlar...
Müəllif: Heydər Mirzə
Tərcümə: S.Xankişiyeva