“Tabaterra” QSC Qarabağ Dirçəliş Fonduna 2 milyon manat ianə edib
“Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişafın həyata keçirilməsinə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 2 milyon manat məbləğində vəsait köçürüb.
Bu barədə 1news.az-a QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“İşğaldan azad edilmiş ərazilərimizin sürətli şəkildə bərpasına və həmin ərazilərin qısa zamanda ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcəyinə əminliyimizi ifadə edir və dövlətimizin bu istiqamətdə apardığı işlərə öz töhfəmizi verə bildiyimizə görə qürur duyuruq”, - deyə məlumatda qeyd olunub.
1news.az
838