Azərbaycan və Türkiyə arasında imzalanan daha iki saziş qüvvəyə | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə arasında imzalanan daha iki saziş qüvvəyə

10:16 - 20 / 02 / 2021
Azərbaycan və Türkiyə arasında imzalanan daha iki saziş qüvvəyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib.

Trend bu barədə Türkiyənin “Resmi Gazete”sinə istinadən məlumat verir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrında, energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.

Hər iki sənəd bu gündən qüvvəyə minib.

S.Xankişiyeva

Paylaş:
325

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər