Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması

20:15 - 25 / 02 / 2021
Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə onlayn təlim keçirilib. Təlim Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması” mövzusuna həsr edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) məlumat verilib. Bildirilib ki, təlim DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli tərəfindən keçirilib. R.Rəhimli çıxışında xidməti vəzifələrinin icrası zamanı dövlət qulluqçularından gözlənilən və tələb edilən davranış qaydalarından, dövlət qulluqçusu statusuna malik bütün şəxslərin xidməti davranışının həmin standartlara və prinsiplərə əsaslanmalı olduğunu qeyd edib.

Məruzəçi dövrümüzdə bir sıra peşələrdə riayət edilməsi vacib olan əsas etik dəyərlərdən danışıb, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədləri, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanunlarda etik məsələlərə aid müddəaları təlim iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, etimadın yüksəldilməsi, səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, o cümlədən dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, etik davranış qaydalarına riayət olunmasına nəzarət və s. məsələlər barədə ətraflı məlumat verib.

1news.az

Paylaş:
265

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər