Əmək və sosial siyasət komitəsinin iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib - FOTO

18:20 - 03 / 03 / 2021
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib - FOTO

Martın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Komitənin sədri Musa Quliyev bildirib ki, iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

O, məlumat verib ki, Əmək Məcəlləsinə təklif olunan hazırkı dəyişikliklər əmək münasibətlərində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır və dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı deputatların qaldırdığı məsələlər nəzərə alınıb, müəyyən dəqiqləşdirmələr aparılıb.

Vurğulanıb ki, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən bu qanunvericilik təşəbbüsü işçilərin əmək hüquqlarının möhkəmləndirilməsinə, onların istirahət, məzuniyyət, sosial təminat, habelə gələcəkdə pensiya təminati məsələlərinin müsbət həll edilməsinə yönəlib.

İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Məlahət İbrahimqızı, Jalə Əliyeva, Səttar Möhbalıyev, Aqil Məmmədov, Vüqar İskəndərov, Sevinc Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildiriblər ki, bu mühüm yenilik real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi mexanizmini yaratmaqla qeyri-rəsmi məşğulluğun azalmasına hesablanıb. Vurğulanıb ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər böyük işçi kütləsinin əmək hüquqlarını möhkəmləndirəcək, sosial müdafiəsini gücləndirəcək və onların rifahının yüksəlməsinə xidmət edəcək.

Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Rauf Əliyev, Arzu Nağıyev, Əziz Ələkbərli, Vüqar Bayramov, Rəşad Mahmudov, Razi Nurullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
304

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər