“BakuBus” MMC Müşahidə Şurasının tərkibi təsdiq edildi | 1news.az | Xəbərlər
Rəsmi

“BakuBus” MMC Müşahidə Şurasının tərkibi təsdiq edildi

15:26 - 30 / 03 / 2021
“BakuBus” MMC Müşahidə Şurasının tərkibi təsdiq edildi

Prezident İlham Əliyev "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamla qərara alınır ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova - Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

1news.az

Paylaş:
700

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər