Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir - FOTO

S.Xankişiyeva14:28 - 10 / 04 / 2021
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilir - FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin bu gün Bakıda 3-cü toplantısı keçirilir.

Trend-in məlumatına görə, toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunur.

Daha sonra iclas iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər