Mədəniyyət naziri koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət naziri koronavirusa yoluxub

S.Xankişiyeva14:02 - 21 / 04 / 2021
Mədəniyyət naziri koronavirusa yoluxub

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Mədəniyyət Nazirliyindən 1news.az-a bildirilib ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər