Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib

S.Xankişiyeva15:40 - 21 / 04 / 2021
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib

Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görüb.

Beləliklə, beynəlxalq yükdaşımaların ümumi həcmini 25000 tona çatdıran aviaşirkət ən yaxşı hava yükdaşıyıcısı kimi tanınıb.

Son beş il ərzində keçirilən illik mükafatlandırma mərasiminin əsası 2016-cı ildə qoyulub.

Seul yaxınlığında yerləşən İnçxon limanı dünyanın ən böyük və sıx hava limanlarındandır. 2020-ci ildə “Skytrax – dünyanın hava limanları mükafatları” sıralamasında dördüncü pilləyə yüksəlmiş İnçxon dünyanın 10 ən vacib hava limanı siyahısına düşüb.

Silk Way West Airlines şirkətinin İnçxon hava limanına səfərləri 2014-cü ilin oktyabr ayında başlayıb. O vaxtdan etibarən uçuş əməliyyatlarının yüksək səviyyədə icra olunması sayəsində Koreyanın əsas hava limanı marşrutu istiqamətində şirkət böyük satış göstəriciləri əldə edib.

“Bu uğur bütün dünyada tərəfdaşlarımızla uğurlu əməkdaşlığımızın nəticəsidir. Dünyanın ən böyük hava limanlarının birindən belə bir nüfuzlu mükafat almamız bizi fərəhləndirir”, - deyə Silk Way West Airlines aviaşirkətinin Koreya və regional potensiala nəzarət üzrə baş meneceri Kyunq-Hvan Kim bildirib.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli Silk Way West Airlines 15 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 300-dən çox uçuş həyata keçirir. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 350 min tondan artıqdır. Şirkət Boeing aviakonserni tərəfindən donanmanın böyüklüyü, uçuş coğrafiyası və yükdaşıma həcminə görə ən sürətlə böyüyən aviadaşıyıcı kimi tanınıb və bu üç meyara görə Avropanın yalnız yükdaşıma ilə məşğul olan aviaşirkətləri arasında üçüncü olub. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 50-dən artıq istiqaməti əhatə edir.

Reklam hüququnda

Paylaş:
618

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər