Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

S.Xankişiyeva17:23 - 22 / 04 / 2021
Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Hər bir cəmiyyəti narahat edən küçə uşaqları problemi, onların bu həyata məruz qalmasının səbəbi və həmin uşaqlarla sosial işin təşkili ölkəmiz üçün də aktual məsələlərdəndir.

Mütəxəssislərin fikrincə sosial – iqtisadi amillərdən olan yoxsulluq və işsizlik, valideynlərin xəstə və iş qabiliyyətində olmaması, küçə həyatının cazibəli görünməsi, əyalətlərdən böyük şəhərlərə miqrasiya, urbanizasiya, fövqəladə hadisələr, ailədaxili problemlər, qeyri-rəsmi nigahlar, ailədəki ağır iş tələblərindən qurtulmaq cəhdi, valideynlərin alkoqol və narkotika aludəçisi olması, uşaq mərkəzlərində yaşayan uşaqların müəssisədən qaçmaq istəyi və digər faktorlar uşaqların küçə həyatına məruz qalmasının əsas səbəbləridir.

Qeyd etmək lazımdır ki, mənfur qonşumuz Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yüzlərlə azərbaycanlı övladı valideyn himayəsindən məhrum olub, internatlarda məskunlaşıb, küçələrə düşüb. Uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyəti küçə həyatına məruz qalmış uşaqların sayının artmasına təsir göstərib.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Cəmiyyət və küçə uşaqları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, ailə və uşaq psixoloqu Ramidə Məmmədova və Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının üzvü Yusif Babayev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
1002

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər